Fevralın 6-da İstanbulda Ədliyyə Sarayında törədilən terror aktı ilə bağlı 100-dən çox adam saxlanılıb. İstintaq davam edir, o cümlədən hücumda xarici qüvvələrin əli olub-olmaması araşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.

"Bu günə kimi 102 nəfər, o cümlədən terror fəaliyyətində iştirakda şübhəli bilinən 96 nəfər saxlanılıb, onların dindirilməsi davam etdirilir. İstintaq hərtərəfli, o cümlədən xarici qüvvələrlə əlaqəyə görə aparılır", - nazir "TRT Haber" telekanalına açıqlamasında deyib.

Daha əvvəl 90 nəfərin saxlanıldığı bildirilirdi. İş İstanbul prokurorluğu tərəfindən araşdırılır.