"Bu axşam İsrailin mərkəzində ikinci dəfə hava hücumu xəbərdarlığı səslənib və ölkənin ən sıx məskunlaşılan bölgəsinin sakinlərinə raket hücumu təhlükəsi barədə xəbərdarlıq edilib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "İsrailin mərkəzində sirenalar səslənib".

"The Times of Israel" xəbər verir ki, Təl-Əvivin cənub və cənub-şərq ətraflarında, o cümlədən Qan Yavne, Ness Siona, Rehovot, Rişon Lezion, Yavne kimi şəhərlərdə, eləcə də cənubundakı Aşdod liman şəhərində sirenalar səslənib. Tələfat və maddi ziyanla bağlı hələlik məlumat yoxdur.

Bundan əvvəl ordu Moskva vaxtı ilə saat 18:00 radələrində ölkənin mərkəzi hissəsində hava hücumu xəbərdarlığı barədə məlumat vermişdi.