"İsrailin cənubunda, o cümlədən Beer-Şeva şəhərində, eləcə də ölkənin şimalında hava hücumu sirenləri səslənib". 

İqtisadiyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Beer-Şeba şəhərində və Qəzza zolağının yaxınlığındakı yaşayış məntəqələrində siren səsləri eşidilib", - məlumatda deyilir.

Eyni zamanda, ordu İsrailin şimal bölgələrinə hava hücumu xəbərdarlığını göstərən mesaj yayıb. Ynet portalının məlumatına görə, sirenlər Livan sərhədi yaxınlığında yerləşən Ştula kəndində səslənib.