İsrail Qəzza zolağına gündəlik tədarük etdiyi yanacağın miqdarını 60 min litrdən 120 min litrə qədər artıracaq.

Bu barədə İqtisadiyyat.az "Axios" portalına istinadən xəbər verir.

Məlumata görə, tədarük olunan yanacağın miqdarı gündəlik 2 dəfə artırılacaq.

Bildirilib ki, İsraillə HƏMAS qruplaşması arasında noyabrın 24-dən dekabrın 1-dək hərbi əməliyyatlarda fasilə zamanı hər gün bu qədər yanacaq Qəzza ərazisinə daxil olub.

 

Gözəl Həşimova