"İsrail ordusu tezliklə Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək niyyətindədir və əməliyyatlar bütün anklavda aparılacaq". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

"Tezliklə bu tanklar və digər zirehli texnikalar bütün Qəzzada döyüşə qayıdacaq. Kiminsə şübhəsi varsa, bilsin ki, tezliklə biz manevr edəcəyik və düşmən üzərində qələbəyə nail olacağıq", - Qalant bildirib.

Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirmişdi ki, Qəzzada humanitar fasilə başa çatdıqdan sonra İsrail bəyan edilmiş məqsədlərə nail olmaqla, bütün girovların azad edilməsi, HƏMAS-ın hərbi-siyasi strukturun məhv edilməsi istiqamətində Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək niyyətindədir. Onun sözlərinə görə, təmsil etdiyi dövlətin qarşıya qoyulan bütün tapşırıqlar yerinə yetirilənə qədər hərbi əməliyyatı davam etdirməkdən başqa yolu yoxdur.