İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatlara xərcləmələri 48 milyard dollara çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg"in "Leader Capital Market" konsaltinq şirkətinin məlumatında deyilir.

Məlumata görə, münaqişə 2023-2024-cü illərdə ölkə büdcəsinə təxminən 180 milyard şekelə (48 milyard dollar) başa gələcək. Bildirilib ki, xərclərin üçdə biri ABŞ tərəfindən ödənilir.

Bu halda İsrail ümumi xərclərin üçdə ikisini öz üzərinə götürəcək, qalan hissəsini isə ABŞ ödəyəcək. Hərbi əməliyyatların davam etdirilməsi ölkə büdcəsinə gündə 270 milyon dollara başa gəlir.

 

Gözəl Həşimova