"İsrail hərbçiləri Qəzza zolağında fələstinli radikallar tərəfindən girov saxlanılan israillilərdən birinin cəsədini aşkar ediblər". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Girov Ofir Tsarfatinin cəsədi bu yaxınlarda Qəzza zolağında İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin birgə qüvvələri tərəfindən aşkar edilərək İsrailə gətirilib", - deyə məlumatda bildirilir.

Hərbçilərin məlumatına görə, Tsarfati oktyabrın 7-də Qəzza zolağı ilə sərhədə yaxın Kibbutz Reim yaxınlığında təşkil edilən musiqi festivalı ərazisində oğurlanıb.

Mətbuat xidməti əlavə edib ki, polis nümayəndələri, ravvinlər və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə şəxsiyyətin müəyyən edilməsi prosedurundan sonra mərhumun ailəsinə ölümü barədə məlumat verilib.