"İsrail atəşkəsi 10 gündən artıq uzatmaq istəmir. Bunun uzadılması ilə bağlı razılıq əldə olunarsa, atəşkəs dekabrın 3-də başa çatacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (MOSSAD) rəhbəri David Barnea Qətərin Baş naziri ilə danışıqlar zamanı bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham etsə də, girov və əsir mübadiləsi davam etdirilib.

Qeyd edək ki, noyabrın 24-də İsraillə HƏMAS qruplaşması arasında dörd günlük atəşkəs əldə edilib. Atəşkəs başa çatdıqdan sonra daha iki gün uzadılıb.

 

Gözəl Həşimova