İsrail silahlı qüvvələri Qəzza zolağının şimalında gedən döyüşlər zamanı HƏMAS-ın 12 batalyonunu məhv edib. 

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin ehtiyatda olan Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus ILTV telekanalına müsahibəsində bildirib.

"İndiyədək Qəzzanın şimalında yaxşı, sabit və metodik irəliləyiş əldə etmişik. Biz Qəzzanın şimalında HƏMAS batalyonundan 12-ni vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir", - deyə o əlavə edib.