İran Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirib.

İqtisadiyyat.az xəbər verir ki, məsələ ilə bağlı İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 21 nəfərlik ekipajla 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan iki tanker ölkənin cənubunda ələ keçirilib.

 

Gözəl Həşimova