Yəmənin Husilər üsyançı hərəkatı Ədən körfəzində "Ocean Jazz" yük gəmisinə hücum edib. Onlar gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid olduğunu bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində gəmi əleyhinə raketlərlə vurulan ABŞ hərbi yük gəmisi "Ocean Jazz"a qarşı əməliyyat keçirib", - Səriya "X" səhifəsində yazıb.