Qəzza zolağının sakinləri üçün humanitar yardım daşıyan daha 20 yük maşını Misir ərazisindən Rəfah keçid məntəqəsinə daxil olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariya” telekanalı məlumat verib.

Məlumata görə, quru keçidində humanitar yardım daşıyan daha 135 maşın var ki, onlar da yaxın vaxtlarda sərhədi keçəcək.

 

Gözəl Həşimova