"Hizbullah-ın silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında yerləşdirilmiş bəyanatında bildirilir.

Qeyd edilir ki, silahlılar Jel əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. 

Hücumun nəticələri barədə məlumat verilmir.