HƏMAS hərəkatı İsraillə hərtərəfli məhbus mübadiləsi sazişi bağlamağa hazır olduğunu bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalına təşkilatın nümayəndəsi Qazi Həməd məlumat verib.

"Əgər İsrailin əsir götürdüyü əsgərlərinin azad edilməsinə nail olmaq üçün ciddi niyyəti varsa, o zaman biz hərtərəfli saziş bağlamağa hazırıq", - Həməd qeyd edib.