"BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə üzərinə düşən məsuliyyəti yenə də yerinə yetirə bilmədi".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) yüksək səviyyəli İsrail-Fələstin sessiyasında çıxış edib.

Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü"ndə nəcib və dözümlü Fələstin xalqının üzləşdiyi dağıntıları yenidən müzakirə etmək üçün bir araya gəldiklərinə diqqət çəkən Fidan, bütün çıxış edənlərin Qəzzada humanitar vəziyyətin ciddiliyinə diqqət çəkdiyini vurğulayıb.

"İsrailin Qəzzaya və anklav xalqına qarşı xain hücumları müharibə cinayətidir. Biz bütün sivil ölkələri bu cinayətlərdən uzaq olmağa çağırırıq", - Fidan qeyd edib.

Çətin dövrlərdə beynəlxalq hüququn tətbiqi və bəşəriyyətin mənəvi kompasının qorunması üçün güclü qlobal qurumların olmasının vacibliyini vurğulayan Fidan əlavə edib: "BMT Nizamnaməsi ilə səlahiyyətləndirilmiş Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə üzərinə düşən məsuliyyəti yenə də yerinə yetirə bilmədi".