"Yeddilik Qrupu (G7) ölkələri Çinin Cənubi Çin dənizini hərbiləşdirməsinə qarşı çıxır və həmçinin Pekinin regiona iddialarını əsassız hesab edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə G7 ölkələrinin liderlərinin virtual görüşünün yekunları üzrə yayılan birgə bəyanatında deyilir.

Sənəddə deyilir: "Çinin Cənubi Çin dənizindəki sulara ekspansionist iddiaları üçün heç bir hüquqi əsas yoxdur və biz Çinin bölgəni hərbiləşdirmə fəaliyyətinə qarşıyıq".