"Paris 2024-cü ilin əvvəlinə qədər Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqları başa çatdırmağı gözləyir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu mətbuat üçün brifinqdə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ann-Kler Legendre deyib.

"Biz ukraynalı tərəfdaşlarımızla təhlükəsizlik zəmanətləri üzrə sazişlər hazırlamağa davam edirik ki, belə bir saziş bu ilin sonu və ya gələn ilin əvvəlində bağlana bilər", - Legendre bildirib.

Onun sözlərinə görə, saziş bir çox məsələləri, o cümlədən uzunmüddətli hərbi yardımı əhatə edəcək, həmçinin humanitar məsələlərə və Ukraynanın yenidən qurulmasında iştiraka aid olacaq.