"Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) immiqrasiya qaydalarını sərtləşdirən qanun layihəsini rədd edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qərar Milli Məclisin internet saytında yayımlanıb.

Qeyd edilib ki, sənədə, xüsusilə, Marin Le Penin rəhbərlik etdiyi sol qüvvələrin formalaşdırdığı "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES),  "Milli Mitinq" və "Respublikaçılar"dan ibarət koalisiya etiraz edib.

Səsvermədən sonra müxalifət nümayəndələri Fransanın daxili işlər naziri Gerald Darmanini qanun layihəsinin rədd edilməsi fonunda istefaya çağırıblar.

Qanun layihəsində xüsusilə qeyri-qanuni miqrantların ölkədən çıxarılmasının sadələşdirilməsi, habelə ailənin birləşdirilməsi prosedurunun çətinləşdirilməsi nəzərdə tutulurdu.

"Agence France Presse" qeyd edir ki , Fransada təxminən 5,1 milyon əcnəbi vətəndaş yaşayır ki, bu da ölkə əhalisinin 7,6%-ni təşkil edir.