"Finlandiya hakimiyyəti hesab edir ki, Rusiya Federasiyası ilə sərhəddəki vəziyyət milli təhlükəsizlik məsələsidir və hökumət lazım gələrsə, sonuncu keçid məntəqəsini bağlamağa hazırdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo Helsinkidə İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bunu milli təhlükəsizlik məsələsi hesab edirik. Finlandiya Avropa İttifaqı və NATO-nun şərq sərhədini müdafiə edir. Lazım gələrsə, biz sonuncu sərhəd keçidini bağlamağa hazırıq", - Finlandiyanın baş naziri qeyd edib. 

Onun sözlərinə görə, hökumət çox yaxında belə bir qərar verə bilər: "Növbəti qərar tezliklə veriləcək, əvvəlcə hər şey hazır olmalıdır".

Öz növbəsində Kristersson qeyd edib ki, İsveç Finlandiyanın sərhəddə gördüyü tədbirləri qətiyyətlə dəstəkləyir: "Vurğulamaq vacibdir ki, bu, həm də Aİ-nin xarici sərhədidir və bu məsələdə bizim ümumi maraqlarımız var".