Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi məlumat yayıb.

"Görüşdə İsrailin fələstinlilərə hücumları, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatması üçün atılacaq addımlar, daimi atəşkəs və daimi sülh üçün səylər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə İspaniya hökumətinin İsrailin fələstinlilərə qarşı qeyri-qanuni hücumlarına qarşı mövqeyinin və Fələstinin tanınması ilə bağlı açıqlamalarının dəyərli olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyənin bölgədə daimi sülhün təmin edilməsi və regional sülh üçün İspaniya ilə birlikdə çalışmağa qarant kimi hər cür məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bildirib", - məlumatda qeyd edilib.