Bu il üçün dünyanın ən zəngin ailələrinin adları açıqlanıb.

Bu barədə İqtisadiyyat.az “Bloomberg”ə istinadən xəbər verir.

Məlumata görə, bu il dünyanın ən zəngin ailəsi 305 milyard dollarlıq sərvətlə BƏƏ-nin hakim sülaləsi Əl Nəhyan olub.

Reytinqdə ikinci yerdə “Walmart” mağazalar şəbəkəsinin yaradıcısı Sem Uoltonun ailəsi (259,7 milyard), üçüncü yerdə “Hermes” brendinin sahibləri olan Hermes ailəsi (150,9 milyard) qərarlaşıb.

Dördüncü yeri 141,9 milyard dollarla “Mars” ailəsi tutub.

Dünyanın ən zəngin ailələrinin ilk beşliyini Qətərdə hakim şeyxlər və əmirlər sülaləsi olan Əl-Tani ailəsi tutub. Onların sərvəti 133 milyard dollar səviyyəsində qiymətləndirilir.

Ümumilikdə dünyanın 25 ən varlı ailəsi bir il ərzində 1,5 trilyon dollar pul qazanıb ki, bu da 2022-ci ildəki ən zəngin ailələrin sərvətindən 43% çoxdur.

 

Gözəl Həşimova