Dünyanın ən güclü ordularına malik ölkələrin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Global Fire Power” bu il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb.

Siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb.

Dünyanın ən güclü ordularına malik ölkələrin siyahısında Azərbaycan 145 ölkə arasında 59-cu yerdə qərarlaşıb. Ermənistan isə 102-ci yeri tutub.

Reytinqin ilk onluğu aşağıdakı kimidir:

1. ABŞ

2. Rusiya

3. Çin

4. Hindistan

5. Cənubi Koreya

6. Böyük Britaniya

7. Yaponiya

8. Türkiyə

9. Pakistan

10. İtaliya

 

Gözəl Həşimova