"Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutması nəticəsində 25 nəfər ölüb. Ən azı 20 nəfər yaralanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib.

"Hazırda 25 nəfərin ölümü ilə bağlı məlumat təsdiqlənib. Ən azı 20 nəfər xəsarət alıb, onlardan iki uşağın vəziyyəti orta ağırdır. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralananlar var", - məlumatda deyilir. 

Puşilin əlavə edib ki, bazar Kuraxovski və Krasnoqorovski istiqamətlərindən 152 mm və 155 mm çaplı artilleriyadan hücumla vurulub.

Rusiya İstintaq Komitəsinin Donetsk Xalq Respublikası üzrə istintaq idarəsi ölənlər arasında iki uşağın olduğunu bildirib: "Ölənlər arasında iki uşaq da var".