Deputat Aqil Məmmədov Ağdərə rayonunun yenidən yaradılması ilə bağlı bu rayonun tərkibinə daxil olacaq bir neçə erməni kəndinin adının azərbaycanlaşdırılmasını təklif edib.

İqtisadiyyat.az Ölkə.Az-a istinadən xəbər verir ki, belə bir təkliflə bu gün parlamentin Regional məsələlər komitəsinin “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. 

“Mən də Ağdərənin yenidən yaradılmasını dəstəkləyirəm. Amma Ağdərəyə veriləcək Qasapet, Zardaxaç kəndlərinin adı gələcəkdə dəyişdirilsə daha yaxşı olar”, - deputat bildirib.