Danimarka Parlamenti Quranın yandırılması da daxil olmaqla, dindar icmalar üçün böyük dini əhəmiyyət kəsb edən mətnlərlə qeyri-adekvat şəkildə davranılmasını qadağan edən qanun layihəsini səsverməyə çıxarıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Danmarks" radiosu məlumat yayıb.

Məlumata görə, qanun layihəsi lehinə 94, əleyhinə 77 səslə qəbul edilib. Qanun yeddi gündən sonra qüvvəyə minəcək. Yeni qanun Quran və ya İncil kimi mühüm dini mətnlərə qarşı təhqiramiz hərəkətləri cinayət hesab edir.