"Danimarka Fələstinə inkişaf yardımını bərpa edir". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, artıq göstərilən dəstəyin təhlili onun müsbət nəticələrini göstərir və yardımın özündə heç bir pozuntu aşkar edilməyib. 

"İlk növbədə, Fələstinə yardım üçün ayrılan vəsaitlərdə sui-istifadə əlamətlərinə rast gəlmədiyimiz və çox çətin kontekstdə gedən əməkdaşlığımızda düzgün nəzarət mexanizmlərinin mövcud olmasından məmnunuq. Və yaxşı ki, bunu nəzərə alaraq, yardıma ciddi ehtiyacı olan fələstinlilərə yenidən kömək etməyə başlaya bilərik", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Danimarka Xarici İşlər Nazirliyi ilk dəfə oktyabrın 10-da hökumətin Fələstinə yardımı dayandırmaq qərarına gəldiyini açıqlayıb.