İsrail və HƏMAS arasında humanitar fasilə üçün əldə edilən razılaşma çərçivəsində dünən Qəzza zolağına yardım daşıyan 150 yük maşını daxil olub.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, 3-ü yanacaq olmaqla humanitar yardım daşıyan 150 yük maşını Qəzzaya girib.

Bildirilib ki, bölgəyə humanitar yardım axını davam edəcək.

Xatırladaq ki, İsrail və HƏMAS arasındakı münaqişələrdə 4 günlük humanitar fasilə ilə bağlı razılaşma noyabrın 24-ü qüvvəyə minib.

 

Gözəl Həşimova