Çinin xarici ticarət dövriyyəsi bu ilin yanvar-noyabr aylarında illik müqayisədə 5,6 % azalaraq 5,41 trilyon dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, 11 ay ərzində ölkənin ixracı 5,2 % azalaraq 3,08 trilyon dollara, idxalı isə 6 % azalaraq 2,33 trilyon dollara enib.

Qeyd olunan dövrdə Çinin müsbət saldosu 2,7 % azalaraq 748,13 milyard dollar təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib.

 

Gözəl Həşimova