"Çin Sahil Mühafizəsi Cənubi Çin Dənizində Ayungin Shoal bölgəsində Filippin Sahil Mühafizəsinin gəmilərinə qarşı yenidən su şırnaqlarından istifadə edib". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "GMA News" məlumat yayıb.

Nəşrin sözlərinə görə, insident filippinlilər tərəfindən ərzaq çatdırılması və Sierra Madre gəmisində şəxsi heyətin rotasiyası zamanı baş verib. Filippin gəmilərindən birinin mühərriki ciddi zədələnib.

Qeyd edək ki, Cənubi Çin dənizinin mübahisəli sularında iki ölkə arasında vaxtaşırı insidentlər baş verir. Belə ki, avqust ayında Çin sahil mühafizə gəmisi Ayungin Shoal ərazisində Filippin sahil mühafizə gəmilərinə təhlükəli şəkildə yaxın manevr edib, su şırnaqlarından istifadə edib.