"Çin hakimiyyəti İsrailin Qəzza zolağında fələstinlilərə qarşı sərt tədbirlərini tamamilə qəbuledilməz hesab edir və onların məcburi köçürülməsinə qarşıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

O, BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq üzrə iclasında deyib: "Biz mülki insanları silahlı münaqişələrdə qorumaq üçün daha praktik və güclü tədbirlər görməliyik. Mülki insanlara qarşı zorakılıq beynəlxalq hüquqda qırmızı xəttdir. Mülki insanlara qarşı hər hansı zorakılıq və ya hücum qəbuledilməzdir".

"Biz Qəzza sakinlərinə qarşı kollektiv cəza tədbirlərinə, fələstinlilərin zorla köçürülməsinə qarşıyıq", - o vurğulayıb.