"Hermes Energy" Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilati-hüquqi forması dəyişdirilir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ASC yenidən təşkil olunaraq "Hermes Energy" Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilir.

ASC-nin səhmdarlarının onlara məxsus payları və onun nizamnamə kapitalı MMC-nin nizamnamə kapitalına keçiriləcək.

MMC-nin yeni nizamnaməsi hazırlanacaq.