2023-cü ildə dünyada 94 jurnalist öldürülüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) məlumat yayıb.

Məlumata görə, ötən il dünyada 68 jurnalist həyatını itirib. Beləliklə, bu göstərici illik müqayisədə təxminən 40% artıb. 

Bildirilib ki, bu il ən çox jurnalist İsraillə HƏMAS qruplaşması arasında gedən döyüşlər zamanı həlak olub. Bu qarşıdurmada 61 fələstinli jurnalist, 4 israilli və 3 livanlı həlak olub. Ukraynadakı müharibədə isə 3 jurnalist ölüb: biri ukraynalı, biri rusiyalı və biri fransız.

Bundan əlavə, Afrikada 5, Avropada 4 jurnalist həlak olub.

Hesablamalarına görə, müxtəlif ölkələrdə 393 jurnalist həbs edilib. 

 

Gözəl Həşimova