2024-cü ildə Ukraynaya hərbi yardım paketi çərçivəsində Böyük Britaniya əlavə uzaqmənzilli raketlər, tank əleyhinə silahlar və artilleriya mərmiləri tədarük edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Krallığın Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Böyük Britaniya bu gün Ukraynaya müharibə başlayandan bəri 2,5 milyard funt sterlinq dəyərində (3,19 milyard dollar) ən böyük müdafiə yardımı paketini elan edir. Bu paketə daha çox zenit avadanlığı, tank əleyhinə silahlar, minlərlə artilleriya mərmisi, daha minlərlə Ukrayna hərbçisinin təlimi və daha çox raket daxil olacaq", - deyə hökumət başçısı bildirib.

Bundan əlavə, Sunak Londonun digər dövlətlərin indiyə qədər Ukraynaya ötürdüyü pilotsuz vasitələrin ən böyük partiyasını Kiyevə ötürmək istəyini təsdiqləyib. Baş nazir ölkəsinin Ukrayna hakimiyyətinə bundan sonra da yardım göstərməyə hazır olduğunu vurğulayıb.