"Kral Hərbi Dəniz Qüvvələrinə məxsus Diamond esminesi Yəmənin Husilər üsyançı hərəkatı tərəfindən Qırmızı dənizdə buraxılan pilotsuz uçuş aparatını (PUA) məhv edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Dünən Diamond Qırmızı dənizdə İranın dəstəklədiyi Husilərin dron hücumunu uğurla dəf etdi. "Dəniz Viper" raket sistemindən istifadə edərək Diamond esminesi hədəfi məhv etdi. Ekipaj və ya gəmidə xəsarət alan olmadı. Bu qeyri-qanuni hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya azadlığını qorumaqdır", - bəyanatda deyilir.