Birləşmiş Millətlər Təşkilatının (BMT) Qəzza zolağında 132 əməkdaşı həlak olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında əhalinin 85%-ni təşkil edən 1,9 milyon fələstinli didərgin düşüb.

Dekabrın 5-dən etibarən isə 1,2 milyon insan Qəzza daxilində UNRWA-nın 155 obyektinə sığınıb.

 

Gözəl Həşimova