BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında münaqişənin bütün regionun təhlükəsizliyi üçün dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

İqtisadiyyat.az xəbər verir ki, Quterreş bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında danışıb.

"Qorxuram ki, nəticələr bütün regionun təhlükəsizliyi baxımından dağıdıcı ola bilər. Biz artıq işğal olunmuş İordan çayının qərb sahili, Livan, Suriya, İraq və Yəməndə bunun nəticələrini görmüşük", - o bildirib.

"Bütün bunlar artan humanitar xaos fonunda baş verir, mülki əhali üçün effektiv müdafiə yoxdur. İsrailin hərbi əməliyyatları başlayandan bəri 17 mindən çox fələstinli həlak olub. Bütün bu rəqəmlər hər gün artır", - Baş katib qeyd edib.