Yəməndə fəaliyyət göstərən Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) öz dəniz əməliyyatını nəzərdən keçirir. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, bu həftə Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər verməyə hazır olduqlarını müzakirə edirlər. Bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Mənbələrin məlumatına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu bildirib.

Agentlik qeyd edib ki, Aİ-nin əməliyyatının ABŞ hakimiyyət orqanları tərəfindən formalaşdırılan "Prosperity Guardian" missiyası ilə əlaqəli olub olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır.