"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olması istiqamətində müsbət irəliləyişləri və son addımları alqışlayır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ölkənin Xarici İşlər Nazirliyi öz bəyanatında iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edib və bu təşəbbüsün sabitliyin bərqərar olmasına və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid etdiyini bildirib.

Nazirlik vurğulayıb ki, BƏƏ regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi və iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoyan sabit nizamlanmanı gücləndirən Ermənistan və Azərbaycan tərəfindən razılaşdırılmış bütün tədbirləri dəstəkləyir.

Nazirlik BƏƏ-nin fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğuladığını təsdiqləyib.