Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyada iqlim dəyişikliyinin həlli üçün 30 milyard dollarlıq fond yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransının (COP28) açılışında çıxış edib.

Prezident dünyanın çətin bir dövrdən keçdiyinə diqqət çəkərək, bunların ən mühümləri arasında iqlim dəyişikliyi olduğunu bildirib. Əl Nəhyan, iqlim dəyişikliyi ilə bağlı maliyyə boşluğunu və bu mövzuda həll yollarını aradan qaldırmaq üçün 30 milyard dollarlıq bir fond yaradıldığını açıqlayıb.

Bu fondla 2030-cu ilə qədər 250 milyard dollarlıq investisiya hədəfləndiyi bildirilib.

 

Gözəl Həşimova