ABŞ prezidenti Co Baydenin oğlu Hanter Bayden 9 vergidən yayınmada ittiham olunub.

Bu barədə İqtisadiyyat.az "Fox News"a istinadən xəbər verir.

Məlumata görə, Hanter Bayden 2016-2019-cu illər arasında ən azı 1,4 milyon dollar məbləğində vergi ödəməyib. İttiham aktı Kaliforniya Mərkəzi Dairəsinin Dairə Məhkəməsinə təqdim edilib.

Bildirilib ki, Hanter Bayden 2018-ci ildə yaxşı qazanıb və vergi ödəmək əvəzinə bahalı həyat tərzinə milyonlarla dollar xərcləyib.  Hanter Bayden artıq vergidən yayındığı üçün araşdırılır. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafından geri çəkilib.

 

Gözəl Həşimova