"Barselona” Çempionlar Liqasında bu mövsüm artıq 70,55 milyon avro gəlir əldə edib.

İqtisadiyyat.az xəbər verir ki, dünən sözügedən komanda “Portu”ya qalib gələrək (2:1) pley-offa vəsiqəni rəsmiləşdirib. Bu qələbə “Barselona”ya hər oyun üçün nəzərdə tutulmuş 2,8 milyondan əlavə, pley-offa vəsiqəyə görə də 9,6 milyon qazandırıb.

70,55 milyona klubun tarixi reytinqinə görə ödənişlər, qrup mərhələsindəki oyunlar və üç qələbəyə görə mükafatlar daxildir.

Qeyd edək ki, İspaniya nəhənginin rəqibi Madrid “Real”ının bu mövsüm üçün avrokuboklardan qazancı artıq 73 milyonu keçib