Banqladeş Ali Məhkəməsinə ölkədə ölüm hökmünün ləğvi ilə bağlı vəsatət daxil olub. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Banqladeşin UNB xəbər portalı məlumat yayıb.

Müraciəti Ali Məhkəmənin vəkili İşrat Həsən verib. 

Müraciətdə ölüm hökmünün Banqladeş konstitusiyasına və ölkənin imzaladığı bir sıra beynəlxalq müqavilələrə, o cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə zidd olduğu bildirilir.

Ölüm cəzası Banqladeşdə ən yüksək cəzadır. Banqladeş bu cəzadan, o cümlədən əcnəbilərə qarşı istifadə etdiyinə görə dəfələrlə qınanılıb. "Amnesty International" hüquq müdafiə təşkilatının məlumatına görə, 2018-ci ildən 2022-ci ilə qədər bu ölkədə 2 minə yaxın insan edam cəzasına məhkum edilib.