2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 45,2 mlrd. manat təşkil edib, bu da illik müqaisədə 19,4% azdır.

Bakı Statistika İdarəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, hesabat dövründə sənaye məhsulunun 79,7%-i mədənçıxarma, 17,6%-i emal, 2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 87% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,1% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2023-cü il vəziyyətinə 418,1 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 48,4 mmln. manat məbləğində digər məhsullar da mövcud olub.