Bakının Səbail rayonunda məşhur hotel satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sözügedən müəssisə "Badamdar Hotel"dir.

Hotel restoranı ilə birlikdə satılır və nə az, nə çox - düz 8 000 000 manata təklif olunur.

Badamdarda əsas yolun üzərində yerləşən müəssisəsin tikili sahəsi 1500 kavdrat metrdən çoxdur.

Hotelin 36 yataq otağı mövcuddur.

Qeyd edək ki, sözügedən hotel əvvəllər hostel kimi fəaliyyət göstərib.