Azertexnolayn şirkəti “Azmade Group” şirkətlər qrupuna daxil olan şirkətlər və əməkdaşlar arasında korporativ bağları gücləndirmək, zəka və əyləncəni bir araya gətirmək məqsədilə  Nə? Harda ? Nə zaman ? intellektual oyunu çərçivəsində keçirilən “Zəka dolu Əyləncə” adlı tədbirin iştirakçısı olub.

İqtisadiyyat.az xəbər verir ki, tədbirdə açılış nitqi edən “Azmade Group” şirkətlər qrupunun idarə heyətinin sədri Emruz İsgəndərov bu kimi tədbirlərin kollektiv arası münasibətlərdə əhəmiyyətini vurğulayıb, iştirakçı komandalara uğurlar arzuluyub.

“Azertexnolayn”şirkəti 10 komanda ilə yarşmalarda təmsil olunub.

Yarışda ölkəmizin aparıcı sənaye müəssisələrini özündə birləşdirən “Azmade Group”un 5 şirkətindən ümumilikdə  20 komanda iştirak edib. Yarış  “Nə? Harada? Nə Zaman?”əyləncəli oyunu çərçivəsində turnirlər şəklində keçirilib.

Davam edən turnirlərin yekunlarına əsasən birinci və üçüncü yerin qalibləri  “Azertexnolayn” şirkətinin “Texniki Avadanlıqlar Zavodunun" komandası və “Mərkəz” komandası  olmaqla keçirilən yarışmanın əsas qalib şirkəti olmuşdur.

Qaliblər müxtəlif  hədiyyələrlə mükafatlandırılıb və təltif olunublar.

“Azertexnolayn” MMC ölkənin qabaqcıl istehsalçı şirkəti olmaqla “Made in Azerbaijan” brendi adı altında 62 çeşiddən artıq sənaye məhsullarını istehsal edir ki, bu məhsullarda ölkə tələbatını ödəməklə birgə dünyanın 21 ölkəsinə də ixrac edilir.