Azərbaycanın əsas neft rəqibi olan Səudiyyə Ərəbistanı büdcə kəsirini ödəmək üçün ümumilikdə 11 milyard dollar borc alıb.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bu kreditin müddəti 10 ildir. Kreditorlar qrupuna Çin Sənaye və Kommersiya Bankı, "Citigroup", "First Abu Dhabi Bank" və "HSBC Holdings" kimi iri maliyyə institutları daxildir.

Bildirilib ki, Səudiyyə Ərəbistanının büdcə kəsiri bir sıra amillərlə bağlı olub. Əsas səbəblər arasında neftin birja qiymətlərinin Yaxın Şərqdəki müharibə nəticəsində azalması, daxili bazarda xammal istehsalının həcminin azalması və dövlət xərclərinin artması olub.

Səudiyyə hökuməti büdcə kəsirini ödəmək üçün dəfələrlə çox milyard dollarlıq kredit cəlb edib.

 

Gözəl Həşimova