Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində hiss olunub.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, Aktauda 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub.

Məlumata görə, zəlzələnin episentri Almatıdan 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.