Azərbaycan və Bolqarıstan arasında bu ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 455,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,3% çoxdur.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 428,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın Bolqarıstandan idxalının dəyəri isə 26,7 milyon dollar olub.

 

Gözəl Həşimova