Azərbaycan bu ilin yanvar-oktyabr ayları ərzində 96,9 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon dollar çoxalıb.

Əlavə edək ki, bu dövrdə tütün idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.

 

Gözəl Həşimova