Azərbaycanın bu ilin yanvar-oktyabr aylarında İspaniya ilə ticarət dövriyyəsi 802,4 milyon ABŞ dolları həcmində olub.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 milyon ABŞ dolları və ya 11,2 % azdır.

Hesabat dövründə Azərbaycanın İspaniyaya ixracı 714,9 milyon ABŞ dolları həcmində olub. Ölkənin İspaniyadan idxalının həcmi isə 87,5 milyon ABŞ dolları olub.

 

Gözəl Həşimova